Qəbələdə polis əməliyyat keçirdi - Cərimələnənlər var

img

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları xidməti ərazidə hüquqpozmalara qarşı profilaktik tədbirlər həyata keçiriblər.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a bildirilib ki, görülən tədbirlərlə tütün məmulatlarından istifadə qaydalarını pozan 52, qanunsuz küçə ticarəti ilə məşğul olan 43, məişət tullantılarını urnalardan kənara atan 41 və yetkinlik yaşına çatmayanlara alkoqollu içki, eləcə də tütün məmulatları satan 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunub.

Tədbirlər çərçivəsində vətəndaşlardan 2-si könüllü, 3-ü isə əməliyyat yolu ilə olmaqla ümumilikdə 5 ov tüfəngi götürülüb.

Xəbəri paylaş: