Kəlbəcər sakinini odlu silahla öldürən şəxs saxlanıldı - YENİLƏNİB

img

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə Rezonans.az-a DİN-in mətbuat xidmətindən bildirilib. 

*** 20:30

Gəncədə ov tüfəngindən xəsarət alan şəxs xəstəxanada ölüb.

Rezonans.az-ın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq güllə yarası alan Bəxtiyar Heydərov dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə şəhərdə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb.

Belə ki Kəlbəcər rayon sakini Hikmət Mamedov şəxsi münasibətlər zəmnində həmyerlisi Bəxtiyar Heydərovu ov tüfəngi ilə gülləyəyib.

*** 20:05

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Rezonans.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H. Mamedov müəyyən olunaraq saxlanılıb.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: