29 yaşlı gənc bıçaqlanaraq öldürüldü

img

İyunun 9-da saat 03 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 1995-ci il təvəllüdlü Bayramov Nicat Əlövsət oğlunun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətindən Rezonans.az-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Nüsrət Anar oğlu Həsənəlili polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib. 

Araşdırma aparılır.

Xəbəri paylaş: