ABŞ və Fransa Cənubi Qafqazda ədalətli və davamlı sülhün bərqərar olmasına tərəfdardırlar.
Rezonans.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə iki ölkə prezidentləri Co Bayden və Emmanuel Makron Fransada danışıqların yekunlarına dair birgə bəyanatda bildiriblər.
“ABŞ və Fransa Cənubi Qafqazda beynəlxalq hüquqa, eləcə də suverenlik, Qafqaz regionundakı bütün insanların rifahı naminə sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün bərqərar olmasını dəstəkləyirlər ”, - deyə Ağ Evin saytında dərc olunan bəyanatda deyilir.
Bəyanatda həmçinin qeyd olunur ki, ABŞ və Fransa Gürcüstan xalqını Avro-Atlantik istəklərində dəstəkləməyə sadiq olduqlarını bir daha təsdiqləyirlər.