Qadına qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

Qadına qarşı əxlaqsız hərəkətlər edən taksi sürücüsü saxlanıldı

Sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb.

DİN Mətbuat Xidmətindən Rezonans.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq onun barəsində toplanmış materiallar məhkəməyə göndəriləcək.

Xəbəri paylaş: