Rusiya-Ukrayna müharibəsində ölən jurnalistlərin sayı AÇIQLANDI

img

Ukraynada müharibə dövründə üçü qadın olmaqla 18 jurnalist ölüb.

 

Rezonans.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bunu ölkənin Baş Prokurorluğu açıqlayıb.

 

Məlumatda deyilir ki, hərbi əməliyyatlar başlayandan indiyədək 3 jurnalist itkin düşüb, 8-i oğurlanıb, 13 nəfəri yaralanıb, 15 nəfəri isə təzyiqlərə məruz qalıb.

 

Bununla yanaşı, 7 atəş nəticəsində televiziya qüllələri dağıdılıb və ya zədələnib, habelə media qurumlarına qarşı 22 dəfə kiberhücum həyata keçirilib.

Xəbəri paylaş: