İSİ yüksək impakt faktorlu beynəlxalq elmi jurnalın təsisçisi olub

img

AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu “Applied and Computational Mathematics” (Tətbiqi və Hesablama Riyaziyyatı) beynəlxalq elmi jurnalının təsisçilərindən biri olub.

Rezonans.az xəbər verir ki, jurnal AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Bakı Dövlət Universitetinin nəzdində olan Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutu, AR Elm və Təhsil Nazirliyi İdarəetmə Sistemləri İnstitutu və Azərbaycan Milli Elmlər Akademiyasının təsisçiliyi ilə dərc edilir.

Scopus bazasının Q1 siyahısında yer alan jurnalın baş redaktorları İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov, BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, akademik Fikrət Əliyev və Türkiyənin Ağrı İbrahim Çeçen Universitetinin professoru Ahmet Ocak Akdemirdir. İl ərzində dörd sayı dərc olunan jurnalın redaksiya heyətində dünyanın 20-yə yaxın ölkəsindən tanınmış alimlər yer alır.

Qeyd edək ki, 2022-ci il üzrə 10, 5 illik təsir əmsalı isə 5.2 olan jurnal dünyada riyaziyyat, tətbiqi riyaziyyat kateqoriyası üzrə “Web of Science Core Collection” siyahısında olan 267 jurnal arasında 2-ci, Avropa İttifaqında isə 1-ci yerdə qərarlaşıb.

Xəbəri paylaş: