Oğuzda 82 yaşlı qadın yanaraq öldü

img

Oğuzda fərdi yaşayış evində yanğın baş verib.

 

Rezonans.az xəbər verir ki, yanğın bu gün səhər saatlarında rayonun Şirvanlı kəndində qeydə alınıb.

 

Belə ki, hadisə zamanı 1940-cı il təvəllüdlü Həcər Yusif qızı Əhmədova yanaraq ölüb.

 

Yanğının söndürülməsi üçün əraziyə Oğuz Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: