Anar Quliyev Ağsuda vətəndaşları qəbul edib

img

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev növbəti vətəndaş qəbulunu iyunun 11-də Ağsu şəhərində keçirib.


Komitənin mətbuat xidmətindən Rezonans.az-a verilən məlumatda bildirilir ki, qəbuldan öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.


Sonra Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayon sakinlərini qəbul edən Anar Quliyev tikintinin planlaşdırılması, tikinti və istismara icazə icraatı ilə bağlı vətəndaşların suallarını cavablandırıb, Komitənin bu məqsədlə yaratdığı elektron sistemdən istifadənin üstünlükləri barədə məlumat verib.


Səfər çərçivəsində Komitə sədri Anar Quliyev Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırovla da görüşüb. Görüş zamanı şəhərin Baş Planının icra vəziyyəti, ictimai məkanların yaradılması, mənzil tikintisi imkanları və digər şəhərsalma məsələləri ətrafında geniş müzakirə aparılıb.

Xəbəri paylaş: