İşlədiyi yerdən oğurluq edən bağban saxlanıldı

img

İyunun 4-də Səbail rayonunda yerləşən idman arenalarından birindən 30 min manat dəyərində 1200 metr mis kabelin oğurlanması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, rayon polis idarəsinin 41-ci polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 1992-ci il təvəllüdlü Kamran Abduhəlimli müəyyən olunaraq saxlanılıb.

Qeyd edək ki, həmin şəxs oğurluq etdiyi məkanda bağban işləyib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: