Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib

img

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) təşəbbüsü ilə elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı tərəfindən Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə birgə əməkdaşlıqda Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “12 İyun – Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü”nə həsr olunmuş “Uşaq əməyinin istismarının qarşısının alınması” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib. 


Rezonans.az xəbər verir ki, çıxış zamanı Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun əməkdaşı Azər İsalı uşaqların əmək hüququ, işə qəbul edilərkən onlara tətbiq edilən güzəştlər, uşaq əməyinin istismarının qarşısının alınmasının hüquqi aspektləri haqqında danışıb, Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti barədə məlumat verib.

Mərkəzin pedaqoji heyətinin və tələbələrinin iştirakı ilə keçirilən tədbir müzakirələrlə davam etdirilib, suallar cavablandırılıb.

Qeyd edək ki, maarifləndirmə tədbiri “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqram“ı və “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nın müvafiq bəndlərinin icrası məqsədilə keçirilib. 

Xəbəri paylaş: