Rusiyada ölkəyə gəliş zamanı viza almaq imkanının yaradılması təklif edilir

img

Rusiya hökuməti bəzi ölkələr üçün vizaların verilməsi və birtərəfli qaydada ləğv edilməsi imkanının tətbiq edilməsini təklif edir.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiyanın iqtisadi inkişaf nazirinin müavini Dmitri Vaxrukov deyib.

O bildirib ki, bu, artıq bir çox ölkələrdə tətbiq olunub. Bu, hər kəs üçün yox, bizim üçün əsas sayılan ayrı-ayrı ölkələr üçün edilməlidir.

Onun sözlərinə görə, ən vacib və prinsipial qərarlardan biri də viza tələblərinin birtərəfli sadələşdirilməsinə qoyulan qadağanın aradan qaldırılması olmalıdır. Həmçinin, nazirlik habelə Rusiyaya vizaların qüvvədə olma müddətinin və qiymətinin dəyişdirilməsini təklif edir.

Xəbəri paylaş: