71 yaşlı kişini maşın vurub öldürdü

img

İyunun 14-də saat 15 radələrində Şəki rayonunun Baş Zəyzid kəndi ərazisində Nasir Hacıyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən piyada, 1953-cü il təvəllüdlü Lətifov Rəsul Vəhbi oğlunu vurub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Rezonans.az-a bildirilib ki, piyada aldığı xəsarətlərdən ölüb. 

Araşdırma aparılır.

Xəbəri paylaş: