Astarada hüquqi maarifləndirmə tədbiri keçirilib

img

“İnsan Hüquqları Aylığı” çərçivəsində Ombudsman Aparatı  tərəfindən Astara rayonunda hüquqi maarifləndirmə tədbiri keçirilib.


Rezonans.az xəbər verir ki, rayon icra hakimiyyətinin, bələdiyyələrin, hüquq-mühafizə orqanlarının, səhiyyə qurumlarının, təhsil şöbələrinin və informasiya sahibi olan digər dövlət orqanlarının nümayəndələrinin iştirak etdiyi tədbirdə çıxış edən Ombudsman Aparatının İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili, Səbinə Əliyeva tərəfindən elan olunan “İnsan Hüquqları Aylığı” çərçivəsində həyata keçirilən fəaliyyətlər barədə iştirakçılara məlumat verib. 


Tədbirdə həmçinin informasiya əldə etmək hüququnun müdafiəsi sahəsində Ombudsmanın fəaliyyəti haqqında geniş məlumat verilib, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin səmərəli şəkildə icra edilməsinin əhəmiyyəti vurğulanıb. 


Tədbir zamanı informasiya əldə etmək hüququnun müdafiəsi barədə təqdimat və videoçarx nümayiş etdirilib. 


Tədbirin yekununda iştirakçılara Ombudsman Aparatının maarifləndirici bukletləri təqdim olunub və fikir mübadiləsi aparılıb.

Xəbəri paylaş: