![img](/uploads/posts/2024-06/medium/1718445099_ccabf310-ccff-43d7-a47d-cfeecb037091.jpg)
Polis əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2024” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Ağdaş və Zaqatala rayonlarında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.
DİN-dən Rezonans.az-a bildirilib ki, ümumi çəkisi 5 ton olan 11 870 ədəd çətənə kolu yandırılaraq məhv edilib.
Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayonun Zəyəm kəndində yabanı halda bitən, çəkisi 3 tona yaxın olan 6558 ədəd narkotik tərkibli bitki yandırılaraq məhv edilib.