Xudatda narkotik dövriyəsində şübhəli bilinən 2 nəfər saxlanıldı

img

Xaçmaz  Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin  əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Bakı şəhər sakinləri Xəyal Məcidov  və Xəyal Zülfüqarov saxlanılıblar. 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Rezonans.az-a verilən məlumata görə, onlardan psixotrop maddə metamfetamin və metadon həbləri aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbəri paylaş: