Nadir Adilov Bərdə 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub

img

Mediasiya Şurasının rəhbərliyi Bərdə 1 saylı mediasiya təşkilatının fəaliyyəti ilə tanış olub.

Rezonans.az xəbər verir ki, Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Etika Komitəsinin sədri Aqil Əsgərov, Komitənin üzvü Tural Məmmədov və Bakı 12 saylı Mediasiya Təşkilatının rəhbəri Sevda Məhərrəmova Bərdə 1 saylı mediasiya təşkilatını ziyarət edib.

Nadir Adilov ölkədə mediasiya sahəsinin yarandığı gündən indiyədək əldə etdiyi uğur və qət etdiyi yolun əhəmiyyətini vurğulayıb, barışıq sazişlərinin keyfiyyətli məzmunu barədə məlumat verib və mediasiya təşkilatına gələcək fəaliyyətində uğur və yeni nailiyyətlər arzulayıb.

Bərdə 1 saylı Mediasiya Təşkilatının rəhbəri Müşfiq Mehdiyev təşkilatın fəaliyyəti, uğurlu barışıq sazişlərinin keyfiyyət göstəriciləri və vətəndaş məmnunluğuna müsbət təsir edən məqamlar, o cümlədən, qarşıda duran işlər barədə geniş məlumat verib.

Xəbəri paylaş: