![img](/uploads/posts/2024-06/medium/1718513134_67ac07d3-7454-415c-913b-c661e1f13ee3_850.jpg)
Goranboyda soyğunçuluqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Rezonans.az-a DİN-in Mətbuat xidmətindən bildirilib.
Goranboy Rayon Polis Şöbəsinə rayonun Faxralı kənd sakininə məxsus evə naməlum şəxsin qeyri-qanuni yolla daxil olaraq oradan 1 ədəd mobil telefonun soyğunçuluq yolu talaması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayon sakini Elnur Qəhrəmanov saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.