![img](/uploads/posts/2024-06/medium/1718514204_666e5b571562a666e5b571562b1718508375666e5b5715628666e5b5715629-1.jpg)
Samux rayonunda yabanı halda bitən 3 ton 100 kq çətənə bitkisi məhv edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının "Xaş-xaş 2024" planına uyğun olaraq keçirdikləri tədbirlərlə rayonun Ziyadlı kəndi ərazisində yabanı halda bitən 3 ton 100 kq 4950 ədəd çətənə bitkisi toplanılaraq məhv edilib.