![img](/uploads/posts/2024-06/medium/1718522283_666e86e5a8ae3666e86e5a8ae41718519525666e86e5a8ae1666e86e5a8ae2.jpg)
İyunun 16-sı saat 10:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Rezonans.az-a verilən xəbərə görə, iyunun 16-sı saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 34, Naxçıvan MR-da və Aran rayonlarında 35, dağlıq rayonlarda 26 dərəcəyədək isti olub.