Peskov Zelenskini Putinin sülh təklifi üzərində düşünməyə ÇAĞIRDI

Peskov Zelenskini Putinin sülh təklifi üzərində düşünməyə ÇAĞIRDI

Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin sülh təklifi barədə düşünməlidir, çünki Ukrayna üçün cəbhədə vəziyyət pisləşir.

Rezonans.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin köməkçisi Dmitriy Peskov deyib. O qeyd edib ki, vəziyyətin hazırkı dinamikası “açıq şəkildə göstərir ki, gələcəkdə ukraynalılar üçün daha da pisləşəcək”.

“Vətəninin maraqlarını özünün, hətta ağalarından da üstün tutan siyasətçi belə bir təklif barədə düşünərdi”, - Kreml sözçüsü bildirib.

Xəbəri paylaş: