Ziya Bünyadov prospektində qəza

img

Paytaxtın Nərimanov rayonunun Ziya Bünyadov prospektində yol qəzası olub, sıxlıq yaranıb.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, Poladəritmə zavodunun qarşısında, köməkçi yolda yol-nəqliyyat hadisəsi baş verib. Qəza səbəbindən həm metronun "Koroğlu", həm də "20 Yanvar" stansiyaları istiqamətində sıxlıq yaranıb.

Xəbəri paylaş: