Moskvada kütləvi zəhərlənmə: 121 nəfər xəstəxanaya düşdü

img

Rusiya paytaxtı Moskvada kütləvi şəkildə botulizm infeksiyasına yoluxma hadisəsi qeydə alınıb.

Rezonans.az xarici KİV-ə istinadən xəbər verir ki, yemək çatdırılması xidmətinin məhsullarından zəhərlənmə ilə bağlı 121 nəfər təcili tibbi yardıma müraciət edib.

Moskva merinin müavini Anastasiya Rakova 55 nəfərin vəziyyətinin ağır olduğunu açıqlayıb. O bildirib ki, infeksiyaya yoluxanlardan 30-u reanimasiyadadır.

Xəbəri paylaş: