Ukraynaya maliyyə və hərbi dəstəyi artıracağıq - Stoltenberq

img

NATO-nun Vaşinqtonda keçiriləcək sammitində iştirakçılar Ukraynaya maliyyə və hərbi dəstəyi artırmaq barədə razılığa gələcəklər.

Rezonans.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Amerika Prezidenti Co Baydenlə görüşündə deyib.

“Gözləyirəm ki, gələn ay görüşəndə müttəfiqlər Ukraynaya maliyyə və hərbi dəstəyi artırmağa razılaşacaqlar,” – Stoltenberq vurğulayıb.

Onun sözlərinə görə, bu, ABŞ-nin yükünü azaltmaq üçün ediləcək.

Xəbəri paylaş: