Bakıda oteldən oğurluq EDİLDİ

img

Paytaxtın Səbail rayonu ərazisində yerləşən otellərin birindən 500 avro, dəyəri 280 manat olan qulaqlıq və 2 ədəd bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən Rezonans.az-a verilən xəbərə görə, Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən Murad Bayramov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Xəbəri paylaş: