19 yaşlı Saatlı sakini Araz çayında batdı

img

Saatlı rayon sakini Araz çayında çimərkən boğularaq ölüb.

Rezonans.az xəbər verir ki, hadisə ötən gün Araz çayının Saatlı rayonu, Seyidlər kəndi ərazisindən keçən hissəsində baş verib. Həmin kəndin sakini 19 yaşlı Həsənov Amin Seymur oğlu Araz çayında çimərkən batıb.

Axtarışlar zamanı onun cəsədi batdığı yerin yaxınlığında aşkar edilib.

Xəbəri paylaş: