Goranboyda narkokuryer saxlanıldı

img

Goranboyda narkokuryer saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlər nəticəsində Mingəçevir şəhər sakini Əli Əliyev saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman əlindəki sellofan torbadan 2 kq-a yaxın tiryək və heroin aşkarlanıb.

Araşdırmalarla zamanı Ə. Əliyevin maddi gəlir qarşılığında narkokuryerlik etdiyi müəyyən edilib.

Faktla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: