Oğurluq etməkdə şübhəli bilinən şəxs tutuldu

img

Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində, iyunun 10-da rayon ərazisində paytaxt sakininə məxsus pulqabından 100 manat, 600 ABŞ dolları və 320 avro oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Məhəmməd Səmədov müəyyən olunaraq saxlanılıb.

Bu barədə Rezonans.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Hazırda araşdırma aparılır.

Xəbəri paylaş: