![img](/uploads/posts/2024-06/medium/1718790339_1606555364_ogurluq-kondis8.jpg)
Bakıda ofislərin birindən 2886 manat pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, iyunun 17-də paytaxtın Suraxanı rayonunun Zığ qəsəbəsində yerləşən ofislərin birindən 2886 manatın oğurlanması barədə polisə məlumat daxil olub.
Bildirilib ki, Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər oğurluq və soyğunçuluq cinayətləri ilə əlaqədar məhkum olunmuş Zahir Nəbiyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.