Ərdoğan və Putin Qazaxıstanda görüşəcəklər

img

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Astanada Şanxay Əməkdaşlıq Təşkilatının ( ŞƏT ) sammiti  çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparmaq niyyətindədir.

Rezonans.az xəbər verir ki, bu barədə "Habertürk" nəşri məlumat yayıb. 

Bildirilir ki, Ərdoğan və Putin arasında keçirilən görüşdə Ukrayna münaqişəsi, taxıl tədarükü fonunda Qara dənizdəki vəziyyət, Akkuyu AES-in tikintisi, qaz qovşağının yaradılması perspektivləri və Suriyanın şimalındakı kürd bölgələri müzakirə edilə bilər.

Xəbəri paylaş: