Gəncədə qadın sürücü qəza törətdi

img

Gəncədə 1 nəfərin xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

Rezonans.az xəbər verir ki, hadisə şəhərin Yeni Gəncə yaşayış massivində qeydə alınıb .Belə ki qadın sürücünün idarə etdiyi "Chvrolet" markalı minik maşını motosikletlə toqquşub. Qəza zamanı motosikletin sürücüsü 2001-ci il təvəllüldü Raqif Mahmudi Allahverdi oğlu xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbəri paylaş: