Türkiyədə quduzluqla bağlı karantin rejimi elan edildi

img

Türkiyənin Niğde vilayətinin Bor rayonunda sahibsiz itin bir adamı dişlədiyi məhəllədə karantin rejimi tətbiq olunub.

Rezonans.az xəbər verir ki, Niğde Bələdiyyəsi yerli sakini iyunun 18-də sahibsiz it dişləməsi sonrası ərazidə quduzluqla bağlı karantin rejimi elan edib. 

Xəstəxanada müalicəsi davam etdirilən H.Ş.-nin səhhəti yaxşıdır və nəzarətdə saxlanılır.

Həmçinin xəstəliklərin yayılmasının qarşısının alınması üçün görülən tədbirlərə əməl etməyənlərin inzibati qaydada cərimələnməsi barədə qərar qəbul edilib.

Xəbəri paylaş: