Nazirlər Kabinetindən AzTV ilə bağlı QƏRAR

img

Nazirlər Kabineti “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin strukturu”nda dəyişiklik edilməsi haqqında qərar verib.

Rezonans.az xəbər verir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin strukturuna “AZTV”, “Mədəniyyət TV”, “İdman TV”, “Azərbaycan Radiosu” və “Azərbaycan Beynəlxalq Radiosu” əlavə edilib.

İndiyə qədər “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin strukturuna departamentlər, direktorluq, şöbələr və bölmələr daxil olub.

Xəbəri paylaş: