![img](/uploads/posts/2024-06/medium/1719120007_zelzele_1705668114-full-754x403.jpg)
Venesuelanın Sukre ştatında 6,1 bal gücündə zəlzələ qeydə alınıb.
Rezonans.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 167 min nəfər əhalisi olan Karupano şəhərindən 66 km şimal-şərqdə olub. Ocaq 98 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.