![img](/uploads/posts/2024-06/medium/1719226972_1681888178_3d056fd4-7222-45c5-92eb-2fa00b2e568b_850.jpg)
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.
Rezonans.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Qərar imzalayıb.
Qərarla koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2024-cü il 1 oktyabr saat 06:00-dək uzadılıb.
Bundan əvvəl həmin müddət 1 iyul saat 06:00-dək olan dövrü əhatə edib.