Bakıda ticarət dövriyyəsinin həcmi 12,5 milyard manatı ötüb

img

Cari ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 12 milyard 537,7 milyon manat təşkil edib.

Bakı Şəhər Statistika İdarəsindən Rezonans.az-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 6 milyard 679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz artaraq 5 milyard 858,3 milyon manata bərabər olub.

İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.

Xəbəri paylaş: