Şəmkirdə narkotik yetişdirən şəxs saxlanıldı

img

Şəmkir Rayon Polis Şöbəsinin (RPŞ) Kür Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə yetişdirməkdə şübhəli bilinən Aydın Əzimov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Rezonans.az-a verilən məlumata görə, şübhəli şəxsin Qaracəmirli kəndindəki evinə baxış keçirilən zaman oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə  yetişdirilmiş narkotik xassəli çətənə kolları aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Xəbəri paylaş: