"Qarabağı Azərbaycana Rusiya verməyib" - Karasin

img

Qarabağı Azərbaycana Rusiya "verməyib”, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın dedikləri tamamilə yalandır".

Rezonans.az xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib. 

"Erməni siyasətçilərinin, o cümlədən ali rəhbərliyin səs yazılarına və çıxışlarına istinad etmək lazımdır. Bu sualların cavabları artıq orada mövcuddur. O qeydlər məlumdur, qoy oxusun", - deyə Karasin bildirib.

Xatırladaq ki, Armen Qriqoryan bu gün jurnalistlərlə söhbətində deyib: "Bu, Rusiyadan tamamilə asılı olduğumuz vaxt baş verdi. Rusiya gəldi, Dağlıq Qarabağı əlimizdən aldı, Azərbaycana qaytardı, sonra getdi, bütün reallıq budur".

Xəbəri paylaş: