MM-in Aparat rəhbərindən növbədənkənar seçkilərlə bağlı AÇIQLAMA

img

Milli Məclisin müzakirə olunan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğu məsələsi ilə bağlı hesab edirik ki, Konstitusiyanın 98-1-ci maddəsi parlamentin bu məsələ ilə bağlı müraciət etmək hüququnu məhdudlaşdırmır. Bu da nəzərə alınmalıdır ki, Milli Məclis qərarında qeyd olunduğu kimi, COP29-a hazırlıq işlərinin görülməsi və həmin tədbirin keçirilməsi ilə əlaqədar ölkədə infrastruktur, nəqliyyat, habelə təhlükəsizlik və digər müəyyən məhdudiyyətlərin tətbiq olunması qaçınılmazdır".

Rezonans.az xəbər verir ki, bunu Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun iyunun 27-də keçirilən iclasında çıxışı zamanı deyib.

O bildirib ki, bu baxımdan seçkilərin vaxtından əvvəl keçirilməsi vətəndaşların seçkiqabağı kütləvi tədbirlərdə və seçkilərdə maneəsiz iştirakını təmin edəcək. Beləliklə, Konstitusiyasının 56-cı maddəsində təsbit edilmiş vətəndaşların seçki hüququna təminat veriləcək. Bu, eyni zamanda, deputatlığa namizədlərin seçkiqabağı təşviqatı rahat şəkildə aparmalarına imkan yaratmalıdır.

Xəbəri paylaş: