![img](/uploads/posts/2024-06/medium/1719487737_03-20_06_23-01_1687264697_1687515059.jpg)
İbtidai sinif müəllimlərinin sertifikatlaşdırma nəticələrinə görə Sumqayıt şəhərinin müəllimləri orta balı ən yüksək olan müəllimlərdir.
Rezonans.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2024: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə deyib.
Nazir müəllimləri orta balı ən yüksək olan digər rayon və şəhərlərin adlarını açıqlayıb. O bildirib ki, paralel olaraq Bakı, Abşeron, Şirvan, Gəncə, Mingəçevir, Siyəzən, Quba, Oğuz, Şabran, Hacıqabul, Xaçmaz, Qazax, Salyan və Zəngilan müəllimləri sertifikasiyada yüksək nəticə göstəriblər.