Liftdə qalan vətəndaşlar xilas edildi - Video

img

Sabunçu rayonu, Bakıxanov qəsəbəsində və Binəqədi rayonu, Azadlıq prospektində yerləşən doqquzmərtəbəli yaşayış binalarının liftlərində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN)  məlumat yayıb.

Dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

Xilasedicilər xüsusi vasitələrlə liftlərin qapısını açaraq köməksiz vəziyyətdə qalan sakinləri xilas ediblər.

Xəbəri paylaş: