Kürdəmirdə bir nəfər göldə batdı

img

Kürdəmir rayonunun Təklə kəndində göldə bir nəfər batıb.

Rezonans.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə rayonun Təklə kəndində göldə bir nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.

Hazırda axtarış işləri həyata keçirilir.

Xəbəri paylaş: