Müdafiə naziri Macarıstana getdi

img

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Macarıstana rəsmi səfər edib.

Müdafiə Nazirliyindən Rezonans.az-a verilən məlumata görə, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun Budapeşt şəhərində Macarıstan Respublikasının hərbi və siyasi rəhbərliyi ilə bir sıra görüşləri, eləcə də müdafiə sənayesi şirkətlərini ziyarəti planlaşdırılır.

Müdafiə nazirinin rəsmi səfəri iyunun 29-dək davam edəcək.

Xəbəri paylaş: