BVF Ukraynaya 2,2 milyard dollarlıq tranş ayırdı

img

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası ölkənin dördüncü iqtisadi icmalı çərçivəsində Ukrayna ilə sazişləri təsdiqləyib.

Rezonans.az xəbər verir ki, bu barədə BVF-nin mətbuat xidmətinin bəyanatında deyilir.

Bildirilir ki, bunun nəticəsində Kiyev genişləndirilmiş kreditləşmə mexanizmi çərçivəsində 2,2 milyard dollar məbləğində daha bir tranş alacaq.

“Bu, Ukrayna büdcəsini dəstəkləmək üçün istifadə olunacaq”, - sənəddə qeyd olunur.

Xəbəri paylaş: