İyunun 29-da saat 22 radələrində Astara rayonunun Şüvi kənd sakini 1967-ci il təvəllüdlü Namik Əhədovun ov silahı ilə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətindən Rezonans.az-a verilən məlumata görə, şəxsi münasibətlər zəminində cinayəti törətməkdə şübhəli bilinən həmkəndlisi 1983-cü il təvəllüdlü Bəşir İsrafilov daha sonra həmin ov silahı ilə özünə xəsarət yetirib. O, xəstəxanaya çatdırılıb.
Araşdırma aparılır.