İyulun 1-dən Rusiya bir ay müddətinə BMT Təhlükəsizlik Şurasına sədrlik edəcək.
Rezonans.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Bildirilir ki, Rusiyanın sədrliyi dövründə müzakirə olunacaq əsas mövzular - Yaxın Şərqdəki münaqişənin həlli, qlobal təhlükəsizliyin yeni arxitekturası və BMT-nin regional təşkilatlarla - MDB, KTMT və ŞƏT-lə əməkdaşlığı olacaq.
Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası beynəlxalq sülhün və təhlükəsizliyin qorunması üçün əsas məsuliyyət daşıyan dünya təşkilatının daimi strukturudur.
İyun ayında BMT Təhlükəsizlik Şurasına sədrlik edir, bu funksiyaları Cənubi Koreya yerinə yetirirdi.
Qeyd edək ki, iyulun 16-da qlobal “təhlükəsizlik bərabərliyi” məsələsi ilə bağlı açıq debat, iyulun 17-də isə Yaxın Şərqin nizamlanması problemi müzakirə olunacaq. Hər iki görüşün Rusiya xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcəyi gözlənilir.