Polşa ATƏT-dəki daimi nümayəndəliyini ləğv edir.
Rezonans.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Radoslav Sikorski açıqlayıb.
O, qeyd edib ki, Polşa Respublikası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı yanında daimi nümayəndəliyini ləğv etmək qərarına gəlib: "Avqustun 1-dən ATƏT-dəki missiyanın əvvəllər yerinə yetirdiyi məqsəd və vəzifələr Polşanın BMT-nin Vyana ofisindəki daimi nümayəndəliyinə həvalə olunacaq.
Bu qərarın səbəbləri açıqlanmır.