Türkiyə İrandan PKK terror təşkilatına silah verməməyi və Ankaranın kürd silahlı qüvvələrinə qarşı hərbi əməliyyatına müdaxilə etməməyi tələb edib.
Rezonans.az xəbər verir ki, bu barədə hökumətyönlü “Yeni Şafak” qəzeti öz mənbələrinə istinadən yazıb.
Nəşr daha əvvəl İraqdakı PKK-ya pilotsuz təyyarələr və raketlərin ABŞ və İrandan verildiyini bildirmişdi. Qəzetin yazdığına görə, Türkiyə hökuməti orduya kürd yaraqlılarına istənilən silah təchizatını məhv etməyi tapşırıb.
İran rəsmiləri PKK-ya heç bir tədarük etmədiklərini bildiriblər.