“Şuşa Bəyannaməsi bir daha sübut etdi ki…” - Spiker

img

Forumun təşkil edilməsinə görə Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop təşəkkür edirəm"


Rezonans.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova ADA Universitetində keçirilən 7-ci Beynəlxalq Sosial Elmlər Konqresində bildirib.

 

Spiker konqresin Azərbaycan və Türkiyə üçün əhəmiyyətli olduğunu deyib.

 

"Biz bu il Türkiyə ilə diplomatik əlaqələrin 30 illiyini qeyd edirik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərini diqqətə çatdırmaq istəyirəm. Prezident bildirib ki, dünyada Azərbaycan və Türkiyə kimi bir-birinə dəstək verən, qardaş olan ölkə yoxdur.


Azərbaycan və Türkiyə illər boyu həmrəylik göstərərək kənar müdaxilələrə layiqli cavab verib. Eyni zamanda biz Türkiyənin dəstəyini 44 günlük Qarabağ müharibəsində də gördük. Müharibənin ilk günü Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz mövqeyini ortaya qoydu, eləcə də Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop parlamentdə bildirdi ki, hər istiqamətdə Azərbaycanın yanındadır. 


Bundan başqa, iki ölkə arasında əlaqələri gücləndirən Şuşa Bəyannaməsi bir daha sübut etdi ki, Azərbaycan və Türkiyə qardaşlığı bundan sonra daha çox inkişaf edəcək. Bu konqres iki ölkə arasında mədəni və elmi əlaqələrə dəstək verəcək",  - deyə Milli Məclisin sədri çıxışında vurğulayıb.

 

Qeyd edək ki, bu gün Azərbaycanda 7-ci Beynəlxalq Sosial Elmlər Konqresi öz işinə başlayıb. Tədbir 2-4 iyun tarixində Bakıda keçiriləcək. Tədbirdə xüsusi qonaq olaraq Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova iştirak edir.

Xəbəri paylaş: