Polşa Parlamentinin nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər

img

Ölkəmizdə səfərdə olan Polşa Parlamentinin Azərbaycanla dostluq qrupunun rəhbəri xanım Yoanna Lixotska və qrupun üzvləri iyunun 2-də Şəhidlər xiyabanını ziyarət ediblər.

Rezonans.az xəbər verir ki, Polşalı deputatlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının məzarları üzərinə güllər qoyublar, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Daha sonra Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonaqlara Şəhidlər xiyabanının tarixi, şəhərdə görülən abadlıq və quruculuq işləri barədə məlumat verilib.

Ziyarət zamanı nümayəndə heyətini Milli Məclisin deputatları - Polşa ilə parlamentlərarası dostluq qrupunun rəhbəri Səttar Möhbalıyev, qrupun üzvü Ülviyyə Həmzəyeva və digər rəsmi şəxslər müşayiət ediblər.

Xəbəri paylaş: